Qubada 25 yaşlı gəncin öldüyü qəza ilə bağlı iş yenidən araşdırılacaq

Qubada 25 yaşlı gəncin öldüyü qəza ilə bağlı iş yenidən araşdırılacaq






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Avto, #avtomobillər, #Hadisə, #Hakim, #Məhkum, #Nəqliyyat, #Quba, #Sumqayıt Apellyasiya Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qalib Mirzəyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti baxışdan çıxarılıb, məhkumun müdafiəçisinin kassasiya şikayəti Cinayət-Prosessual Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

İttihama görə, hadisə 2023-cü il iyunun 7-də Quba şəhərində qeydə alınıb.

Belə ki, VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 25 yaşlı Elnur Kəlbiyev yerindəcə ölüb, sərnişin, 20 yaşlı Sahil İsayev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra “Opel”in sürücüsü Qalib Mirzəyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Q.Mirzəyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Q.Mirzəyevin müdafiəçisi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Hökmdən, eyni zamanda, dövlət ittihamçısı apellyasiya protesti verib, məhkumun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə hökmün dəyişdirilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv