“WhatsApp” mesajları qanla bitdi: 18 yaşlı gənclə bağlı Ali Məhkəmədən qərar

“WhatsApp” mesajları qanla bitdi: 18 yaşlı gənclə bağlı Ali Məhkəmədən qərar






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Hadisə, #Hakim, #İmişli, #Lənkəran, #Məhkum, #Qəsdən adam öldürmə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 18 yaşlı Əkbər Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Əkbər Əhmədovun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Əkbər Əhmədovun cinayət əməli Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən həmin məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihama görə, hadisə 2024-cü il yanvarın 8-də İmişli şəhəri, A.Məmmədov küçəsində qeydə alınıb.

Olaydan iki gün əvvəl parkda zərərçəkmiş Fərid Səfərov (soyadı şərtidir) 2008-ci il təvəllüdlü Əkbər Əhmədovu təhqir edib. Hadisə günü Əkbər evdə olarkən “WhatsApp” vasitəsilə zərərçəkmiş şəxsin tanışına səs göndərərək Fəridi bıçaqla vuracağını bildirib. Həmin şəxs isə öz növbəsində audioyazını Fəridə göndərib. Fərid bundan qəzəblənərək “WhatsApp”da Əkbərə səsli və yazılı ismarışlar göndərərək onu təhqir edib. Bundan əsəbiləşən Əkbər qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Daha sonra o, küçədə Fəridlə qarşılaşıb və aralarında əlbəyaxa dava olub. Bu zaman Əkbər şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək Fəridin yaxın adamlarının gözləri qarşısında ona ümumilikdə 12 zərbə endirərək xəsarət yetirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbər Əhmədov 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv