Tiktoker Benizin məhkəməsində şok etiraf: “Suraxanıya düşsün deyə kartına 500 manat atdım”

Tiktoker Benizin məhkəməsində şok etiraf: “Suraxanıya düşsün deyə kartına 500 manat atdım”






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Hədə-qorxu ilə tələb etmə, #TikTok, #Tiktoker, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

presstvaz xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Xalid Kərimov Türkiyədən videokonfrans vasitəsilə iclasa qoşulub.

Təqsirləndirilən şəxs Aybəniz Xəlilova Xalid Kərimova işin hansı səbəbdən Suraxanı Polis İdarəsində aparılması ilə bağlı sual verib.

Xalid Kərimov bildirib ki, o buna görə prokuror müavini ilə öncədən müəyyən danışıqlar aparıbmış:

“Mən də ona görə 500 manatı Bənizin kartına atdım ki, iş Suraxanıya düşsün. Bütün bunları planlaşdırmışdıq öncədən”.

Aybəniz Xəlilova deyib ki, uşağının taleyi onun barəsində veriləcək qərardan asılıdır. Ona görə də məhkəmə iclasının vaxtının tezləşdirilməsini xahiş edib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv