Türkiyədəki elektrik stansiyası SOCAR-ın törəmə şirkətinin tərkibində fəaliyyətə başlayıb – VİDEO

Türkiyədəki elektrik stansiyası SOCAR-ın törəmə şirkətinin tərkibində fəaliyyətə başlayıb – VİDEO






presstv

"Presstv"az #(SOCAR), #Anadolu, #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #SOCAR Türkiyə, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiyə” şirkətinin bir müddət əvvəl “GAMA Enerji A.Ş.” şirkətindən satın aldığı və Kırıkkale şəhərində yerləşən İç Anadolu Təbii Qaz Birgə Dövr Elektrik Stansiyası “SOCAR Türkiyə”nin tərkibində fəaliyyətə başlayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, “SOCAR Türkiyə” və “GAMA Enerji A.Ş.” arasında satış müqaviləsinin imzalanması ilə Kırıkkaledə yerləşən İç Anadolu Kombinasiyalı Dövr Təbii Qaz Elektrik Stansiyasının satınalma prosesi başa çatıb.

Məlumata görə, istehsal gücü 870 MVt olan bu elektrik stansiyası fevralın 2-dən etibarən “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərir.

Açıqlamaya görə, elektrik stansiyası Türkiyənin strateji enerji mərkəzlərindən biridir və elektrik təchizatı təhlükəsizliyi üçün vacibdir: “Şirkət bu satınalma ilə mövcud enerji təchizatı və ticarət fəaliyyətlərini gücləndirərkən, təbii qazdan elektrik enerjisinə qədər (“Gas-to-Power”) dəyər zəncirini tamamlayır. Belə ki, şirkət elektrik enerjisi ticarətini öz istehsal qabiliyyəti ilə dəstəkləyərək portfel çevikliyini və bazar dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır. Bununla da, istehsal fəaliyyətləri ilə inteqrasiya olunmuş, davamlı və rəqabətqabiliyyətli dəyər zənciri yaratma hədəfini qətiyyətlə davam etdirir”.

Həmçinin, məlumatda deyilir ki, şirkətin bu investisiyası Azərbaycan və Türkiyə arasındakı köklü dostluq və strateji tərəfdaşlığın enerji sahəsində də güclü şəkildə əks olunduğunu göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv