Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib

Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Hakim, #Məhkum, #Sumqayıt Apellyasiya Məhkəməsi, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə rəhbərlik etmiş və rüşvət almaqda günahlandırılan Rahim Ağayevin məhkəmə hökmündən verdiyi kassasiya şikayəti araşdırılıb.

presstvaz APA-ya istinadla məlumat verir ki, bu gün Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə baş tutan iclasda müvafiq qərar elan olunub.

Qəbul edilən qərara görə, şikayət qismən təmin olunub.

Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma – bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ittiham aktından çıxarılıb. Təyin edilmiş cəza müddətinə gəldikdə isə, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Rahim Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma – bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv