Rusiya Navalnının zəhərlənməsi ilə bağlı ittihamlara cavab verdi

Rusiya Navalnının zəhərlənməsi ilə bağlı ittihamlara cavab verdi






presstv

"Presstv"az #Almaniya, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Hakim, #Niderland, #Rusiya, #Vəfat edib, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (KSQT) Texniki Katibliyinə rəsmi nota göndərib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vladimir Tarabrin məlumat verib.

Sənəddə Qərb dövlətlərinin Rusiya hakimiyyətinə müxalif siyasətçi Aleksey Navalnının epibatidin toksini vasitəsilə zəhərlənməsi barədə irəli sürdüyü bütün ittihamlar qəti şəkildə rədd edilir.

“Biz KSQT-nin Texniki Katibliyinə müvafiq nota göndərərək, bunun quruma üzv olan bütün dövlətlər arasında yayılmasını xahiş etdik. Ünvanımıza səsləndirilən əsassız uydurmaları qətiyyətlə rədd etdik. Bununla yanaşı, vurğuladıq ki, Rusiya Federasiyası faktlara əsaslanan məzmunlu ekspert müzakirələrinə hər zaman açıqdır”, – deyə o bildirib.

Tarabrin, həmçinin xatırladıb ki, epibatidin daxil olmaqla toksinlər KSQT tərəfindən deyil, Bakterioloji və Toksin Silahlarının Qadağan Olunması Konvensiyası ilə tənzimlənir. Buna görə də həmin maddələr KSQT çərçivəsində müzakirə predmeti ola bilməz.

Fevralın 14-də Almaniya, Böyük Britaniya, Niderland, İsveç və Fransa birgə bəyanat yayıblar. Sənəddə iddia olunub ki, Navalnı Ekvador ağac qurbağasının dərisindən əldə edilən epibatidin toksini ilə zəhərlənib. Məlumata görə, belə bir nəticəyə Navalnının biomaterial nümunələrinin analizi əsasında gəlinib.

Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən Navalnı iki il əvvəl cəzaçəkmə müəssisəsində vəfat edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv