“TikTok”da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu – VİDEO

“TikTok”da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu – VİDEO






presstv

"Presstv"az #Audi, #Sosial şəbəkələr, #TikTok, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Krediti, borcu olan yazsın, kömək edim…”, “Ərzağa ehtiyacı olan yazsın, köməklik göstərim…” – son günlər sosial şəbəkələrdə, xüsusilə də “TikTok” platformasında bu cür elanlar paylaşan səhifələrin sayı artıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, “WhatsApp” qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, “TikTok”da canlı yayım açan səhifəyə daxil olub və yardım üçün müraciət edib. Lakin daha sonra səhifənin əsl niyyətinin fərqli olduğunu anlayıb.

Turqay Həsənovun sözlərinə görə, qarşı tərəf ondan bütün şəxsi məlumatları aldıqdan sonra nömrəni bloklayıb.

Biz də həmin səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta bəzi nömrələrin söndürülmüş olduğu məlum olub.

Səhifədə yayımlanan videolara yazılan şərhlərdən isə bu şəxslərin qurbanı olanların sayının kifayət qədər çox olduğu aydın görünür.

Ekspertlər vətəndaşları hər hansı bank kartı və ya şəxsi məlumatlarını paylaşarkən daha diqqətli olmağa çağırırlar. Onlar tanımadıqları şəxslərə şəxsi və maliyyə məlumatlarının verilməməsini tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv