Polisdən qanunsuz silahlara qarşı silsilə əməliyyat: Avtomat və qumbaralar ələ keçirildi

Polisdən qanunsuz silahlara qarşı silsilə əməliyyat: Avtomat və qumbaralar ələ keçirildi






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #DİN, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DİN-in Mətbuat Xidməti həftəsonu götürülən silah-sursatın siyahısını açıqladı

        Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, respublika ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində profilaktik və əməliyyat tədbirləri qətiyyətlə davam etdirilir.

Fevralın 14-ü və 15-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı xeyli sayda döyüş sursatı və odlu silah dövriyyədən çıxarılıb. presstvaz  xəbər verir ki, cəmi iki gün ərzində polis tərəfindən aşağıdakılar aşkar edilərək götürülüb:

  • 2 avtomat silahı;

  • 1 tapança;

  • 5 qumbara;

  • 23 tüfəng;

  • 3 patron darağı;

  • 258 ədəd müxtəlif çaplı patron.

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə qanunsuz silahların yığılması istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv