Azərbaycan polisindən həftəsonu əməliyyatı: 100-dən çox cinayətin üstü açıldı

Azərbaycan polisindən həftəsonu əməliyyatı: 100-dən çox cinayətin üstü açıldı






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #DİN, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DİN-in Mətbuat Xidməti son iki günün cinayət xronikasını açıqladı

         Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a daxil olan məlumata görə, fevralın 14-ü və 15-də ölkə ərazisində cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və təhlükəsizliyin təmini istiqamətində həyata keçirilən əməliyyat tədbirləri uğurla nəticələnib.

Cinayətlərin açılması və saxlanılan şəxslər Polis əməkdaşlarının peşəkarlığı sayəsində son iki gündə qeydə alınan 104, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin edilib.

  • Axtarışda olduğuna görə ümumilikdə 62 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 34 nəfər saxlanılıb;

  • Cinayət törətməkdə şübhəli bilinən daha 91 nəfər ədalət mühakiməsinə təslim edilib;

  • Dələduzluq əməllərinə görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Silah-sursat və narkotiklərlə bağlı faktlar presstvaz  xəbər verir ki, hesabat dövründə narkotiklərlə əlaqəli 61 fakt müəyyən edilib. Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt üzrə polis tərəfindən zəruri tədbirlər görülüb.

            İtkin düşən 15 nəfər tapılıb Həyata keçirilən axtarış tədbirləri nəticəsində, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlıqla qətiyyətli mübarizə və profilaktik tədbirlər fasiləsiz olaraq davam etdirilir.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv