Avropa İttifaqından sosial şəbəkəyə qarşı sərt tədbir

Avropa İttifaqından sosial şəbəkəyə qarşı sərt tədbir






presstv

"Presstv"az #Audi, #Avropa, #Avstraliya, #Danimarka, #Fransa, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqına daxil olan ölkələr il ərzində yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkəyə çıxışını məhdudlaşdıran qanunlar qəbul edəcəklər. Rumıniya da bu siyasəti dəstəkləyəcək”.

presstvaz xəbər verir ki, bunu “Digi24” telekanalına Rumıniya prezidentinin müşaviri Sorin Kostrey deyib.

“Düşünürəm ki, yaxın bir il ərzində Avropanın, demək olar ki, bütün ölkələrində belə bir qanun qəbul ediləcək. Bu sahənin tənzimlənməsi zəruridir. Bəzi sosial şəbəkələr asılılıq yaradır. Bunu gənclərin tütün və alkoqola çıxışının məhdudlaşdırılması ilə müqayisə edərdim”, – deyə Rumıniya rəsmisi bildirib.

Qeyd edək ki, ötən ilin sonlarında Avstraliyada 16 yaşından kiçik şəxslərin sosial şəbəkəyə çıxışını qadağan edən qanun qüvvəyə minib. Sözügedən qadağalara Fransa və Danimarka kimi bir sıra Avropa ölkələri də dəstək veriblər. Hər iki ölkə 2026-cı ildə müvafiq qanunlar qəbul etməyi planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv