Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cəlil Məmmədquluzadə, #Heydər Əliyev, #İlham Namiq Kamal, #Paris, #Şuşa, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

presstvaz xəbər verir ki, siyahıda fevralın 16-dan 22-dək paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Fevralın 19-da saat 19:00-da “Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaqtamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti 15-30 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 20-də, saat 19:00-da Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası olacaq.

Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 21-də saat 19:00-da Cavid Zeynallının “Şükriyyə” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 22-də saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı “Ölülər” tamaşası səhnələşdiriləcək.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:

Fevralın 21-də saat 12:00-da “Göyçək Fatma” tamaşası oynanılacaq.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti 8-12 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 21-də saat 19:00-da Cəfər Cabbarlının “Solğun Çiçəklər” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.

Biletlərin qiyməti 10 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 22-də saat 19:00-da Mehriban Ələkbərzadənin “Kod adı: VXA” tarixi-sənədli dram əsəri təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Fevralın 19-da saat 19:00-da böyük fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanan “Paris Notr-Dama ithaf” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 21-də saat 19:00-da yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan “Əliqulu bu gün evlənir” komediyasının premyerası nümayiş olunacaq.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 22-də saat 12:00-da Üzeyir Hacıbəyovun “Arşın mal alan” ikihissəli operettası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.

Biletlərin qiyməti 10 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Fevralın 21-də saat 19:00-da Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” adlı pyesi əsasında “Toy dəsgahı” tamaşası oynanılacaq.

Biletlərin qiyməti 5-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 22-də saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində “Arqon” tamaşası oynanılacaq.

Nihilistik akt təyinatında olan tamaşanın quruluşçu rejissoru Rəvan Hüseynzadədir.

Biletlərin qiyməti 7-10 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Heydər Əliyev Sarayında:

Fevralın 16-da saat 20:00-da Moskva Klassik Teatrı “Usta və Marqarita” tamaşasını oynayacaq.

Biletlərin qiyməti 30-179 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 17-si saat 19:00-da Bu Şəhərdə – “Eltilər”.

Biletlərin qiyməti 40-180 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Fevralın 21-də saat 19:00-da Tynda Music konsertində “Məhəbbətin əfsanəvi saundtrekləri”

Biletlərin qiyməti 30-100 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv