İlham Əliyevin Münhendən mesajı: “Ermənistan konstitusiyası dəyişməlidir” – VİDEO

İlham Əliyevin Münhendən mesajı: “Ermənistan konstitusiyası dəyişməlidir” – VİDEO






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Almaniya, #Audi, #Azərbaycan, #Ermənistan, #Haber Global, #İlham Əliyev, #YouTube, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə Ermənistanla davam edən sülh prosesinə və türk dünyası üçün böyük önəm daşıyan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamalar verib.

presstvaz xəbər verir ki, bu barədə “Haber Global” telekanalınının Prezident İlham Əliyevin Almaniyaya səfərinə dair hazırladığı süjetdə bəhs edilir.

“Ümid edirəm ki, biz bu il sülh müqaviləsini imzalayacağıq. Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur” , – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir.

“TRIPP-in Prezident Trampın adını daşıması faktı o deməkdir ki, bu dəhliz bu administrasiya üçün və bəlkə də bu administrasiyanın müddətindən sonra da vacib olacaq. Əks halda, prezident öz adını verməzdi. Adın verilməsi onun həyata keçiriləcəyi deməkdir və ad təsdiqləndikdən sonra biz tamamilə əminik ki, Birləşmiş Ştatlar bunun bir hissəsi olacaq” , – deyə İlham Əliyev Zəngəzur dəhlizi barədə danışarkən bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv