Azərbaycanda 18 otelin ulduz kateqoriyası ləğv olundu

Azərbaycanda 18 otelin ulduz kateqoriyası ləğv olundu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən (DTA) Report-a bildirilib.

Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlama olub.

"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan otellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə 18 otelin ulduz kateqoriyasına sahib olduğu barədə sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən otel isə qeydə alınmayıb", – deyə agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda ulduz kateqoriyalı 283 otel var. Həmin otellərdən 23-ü beşulduzlu, 43-ü dördulduzlu, 101-i üçulduzlu, 84-ü ikiulduzlu, 32-si isə birulduzludur.

Yüksək kateqoriyalı otellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10-u beşulduzlu, 26-sı dördulduzlu, 72-si üçulduzlu, 72-si ikiulduzlu və 28-i birulduzlu otel fəaliyyət göstərir.

Bakıda yerləşən ulduzlu otellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduz kateqoriyalı otellərin 73.5%-i deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv