Sumqayıtda 11 500 manatlıq dələduzluq: 68 yaşlı şəxs saxlanıldı

Sumqayıtda 11 500 manatlıq dələduzluq: 68 yaşlı şəxs saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #DİN, #Sumqayıt Şəhər Polis İdarəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətəndaşı “işə düzəltmək” vədi ilə aldadan şəxs polis tərəfindən ifşa olunub

          Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşın etibarından sui-istifadə edərək onun külli miqdarda vəsaitini mənimsəyən şəxs saxlanılıb.

İnanıb 11 500 manat pul verib Zərərçəkmiş şəxs polisə müraciət edərək bildirib ki, əvvəlcədən tanıdığı şəxs onu “işə düzəltmək” adı altında aldadaraq 11 500 manat pulunu ələ keçirib. Vəd verilən işin baş tutmadığını və pulunun geri qaytarılmadığını görən vətəndaş hüquq-mühafizə orqanlarından kömək istəyib.

           Polis əməliyyatı: 68 yaşlı şübhəli saxlanılıb presstvaz xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin əməlindən zərər çəkmiş digər vətəndaşların olub-olmaması araşdırılır.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv