MMA döyüşçülərimiz Batumidə oktaqona çıxacaqlar

MMA döyüşçülərimiz Batumidə oktaqona çıxacaqlar






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Boks, #Braziliya, #Gürcüstan, #İsrail, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 14-də Gürcüstanın Batumi şəhərində “Grand Bellagio Championship” beynəlxalq MMA turniri keçiriləcək.

presstvaz xəbər verir ki, turnir çərçivəsində müxtəlif çəki dərəcələrində 10 döyüş keçiriləcək.

Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq fevralın 13-də döyüşdən qabaq idmançılar arasında “face to face” mərasimi keçirilib.

Döyüş gecəsində Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev braziliyalı rəqibi ilə qarşılaşacaq.

Alim Nəbiyev bildirib ki, bu turnir onun üçün xüsusi əhəmiyyət daşıyır və o, azarkeşlərin etimadını doğrultmağa çalışacaq.

Bundan başqa, turnirdə Azərbaycandan Elvin Kamilli və Tural Əsgərov mübarizə aparacaqlar.

Turniri izləmək və idmançılarımıza dəstək üçün Azərbaycandan bir çox tanınmış idmançı, məşqçi, eləcə də Azərbaycanın Gürcüstandakı diplomatları və icma nümayəndələri də Batumiyə gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv