Ağcabədidə narkotik əməliyyatı: 7 kiloqram marixuana dövriyyədən çıxarıldı

Ağcabədidə narkotik əməliyyatı: 7 kiloqram marixuana dövriyyədən çıxarıldı






presstv

"Presstv"az #Ağcabədi, #Azərbaycan, #Cinayət işi, #DİN, #Məhkum, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polis narkotikləri yarımtikilidə gizlədən keçmiş məhkumu yaxaladı

       Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan presstvaz-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Narkotik anbarı aşkar edildi Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni növ əməllərə görə məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

       presstvaz xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərinə və narkotik vasitələri gizlətdiyi yarımtikiliyə baxış keçirilib. Axtarış zamanı oradan ümumi çəkisi 7 kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

İstintaq davam edir Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv