ABŞ sərhədçiləri hava şarlarını dronla səhv salaraq vurdular: Hava məkanı bağlandı

ABŞ sərhədçiləri hava şarlarını dronla səhv salaraq vurdular: Hava məkanı bağlandı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Hadisə, #Meksika, #Münaqişə, #Texas ştatı, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Gömrük-Sərhəd Xidməti bir qrup hava şarını narkotik satıcılarına məxsus PUA-larla (pilotsuz uçuş aparatları) səhv salaraq, onları yüksəkməxfilikli lazer silahı ilə vurub. Bu da Texas ştatının El-Paso şəhəri və Nyu-Meksiko ştatının cənub bölgələrinin böyük bir hissəsində hava məkanının bağlanmasına səbəb olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.

Məlum olub ki, hərbçilərin istifadə etdiyi eksperimental lazer sistemi kommersiya aviasiyası üçün ciddi təhlükə yarada bilər. Bu insident bir neçə saat ərzində El-Pasoda xaos yaradıb və Vaşinqtonda, xüsusilə də hadisənin təfərrüatını və günahkarları araşdıran Pentaqonda kəskin narazılığa səbəb olub.

Vəziyyətlə tanış olan qanunvericilər və ekspertlərin sözlərinə görə, münaqişəyə səbəb Pentaqon, Federal Mülki Aviasiya İdarəsi (FAA) və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) arasında yaranan anlaşılmazlıq olub. Qurumlar iri hava limanları və hərbi bazalar üzərində dron təhdidlərinin neytrallaşdırılması və bu məqsədlə lazer silahından istifadəyə görə kimin məsuliyyət daşıdığı ilə bağlı fikir ayrılığı yaşayıblar.

Ötən ay Pentaqon rəhbəri Pit Heqset “AeroVironment” şirkətinin ciddi məxfiləşdirilmiş “Locust” lazer sisteminin El-Pasodakı Fort-Bliss hərbi bazasında istifadəsi üçün Xarici Kəşfiyyat Xidmətinə verilməsini təsdiqləyib. Gömrük-Sərhəd Xidməti öz növbəsində FAA-nı məlumatlandırıb ki, lazer silahını Fort-Bliss ərazisində istifadə etmək istəyir. Lakin Federal Mülki Aviasiya İdarəsi kommersiya uçuşları üçün risk yaradacağını əsas gətirərək, buna qarşı çıxıb. Xarici Kəşfiyyat Xidməti xəbərdarlığa məhəl qoymayıb və silahı işə salıb, operatorların həmin məqamda Meksika narkokartelinə məxsus dron zənn etdikləri bir neçə obyekti vurub.

Bu zaman Federal Mülki Aviasiya İdarəsi “güclü cavab zərbəsi” endirib və El-Paso üzərindəki hava məkanının növbəti 10 gün ərzində bağlı olacağı barədə bildiriş yayıb, həmçinin Ağ Ev, Pentaqon və Daxili Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndələrinə bununla bağlı əvvəlcədən hər hansı şəkildə xəbərdar etməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv