Özbəkistan Azərbaycanın Qida Təhlükəsizliyi modelini seçdi: “Bizim üçün ən məqbul variantdır” – VİDEO

Özbəkistan Azərbaycanın Qida Təhlükəsizliyi modelini seçdi: “Bizim üçün ən məqbul variantdır” – VİDEO






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Niderland, #Özbəkistan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəsmi Daşkənd: “Azərbaycanın qabaqcıl təcrübəsi biznes subyektləri üçün ideal şərait yaradır”

       Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) presstvaz-a daxil olan məlumata görə, Özbəkistan qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sisteminə keçid üçün Azərbaycan modelini tətbiq etməyə hazırlaşır. Bu məqsədlə AQTA nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

Avropa təcrübəsi deyil, Azərbaycan modeli! Özbəkistan tərəfi yeni sistemin formalaşdırılması üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), eləcə də Niderland kimi ölkələrin təcrübəsini araşdırsa da, Azərbaycanın vahid qida təhlükəsizliyi modelini ən məqbul variant kimi qəbul edib.

       presstvaz  xəbər verir ki, Özbəkistanın Karantin və Bitki Mühafizəsi Agentliyinin rəsmisi Dildora Zufarova ölkəmizin sistemini yüksək qiymətləndirib:

“Azərbaycanda baytarlıq, fitosanitar və qida təhlükəsizliyi istiqamətləri vahid orqanda birləşib. Bu, həm laboratoriyaların vahid mərkəzdən idarə olunmasını, həm də idxal-ixrac əməliyyatları üçün vahid bazanın yaradılmasını təmin edir. Bizdə isə bu səlahiyyətlər dağınıqdır, bu da biznes subyektləri üçün çətinliklər yaradır.”

       Biznes və ixrac üçün əlverişli şərait Özbəkistan rəsmisi vurğulayıb ki, Azərbaycanın tətbiq etdiyi nəzarət sistemi qida biznesinin inkişafı və ixrac imkanlarının genişləndirilməsi baxımından daha əlverişli şərait formalaşdırır. Ölkəmizdəki model prosedurların təkrarlanmasının qarşısını alır və qeydiyyat proseslərini sürətləndirir.

Qeyd edək ki, hazırda AQTA nümayəndələri Özbəkistanda bu modelin praktiki tətbiqi istiqamətində məsləhətləşmələr aparır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv