Şimal dənizində təhlükəsizlik gücləndirilir: Niderlandın yeni müdafiə strategiyası

Şimal dənizində təhlükəsizlik gücləndirilir: Niderlandın yeni müdafiə strategiyası






presstv

"Presstv"az #Audi, #Münaqişə, #Niderland, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Niderland Müdafiə Nazirliyi mümkün genişmiqyaslı münaqişəyə hazırlıq məqsədilə hərbi potensialını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

presstvaz TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat nazirliyin dövlət katibi vəzifəsini icra edən Qeys Teynmanın parlamentə göndərdiyi məktubda yer alıb.

Sənəddə bildirilir ki, nazirliyin yaxın planlarına Şimal dənizində təhlükəsizliyin monitorinqi üçün radar sistemlərinin sürətli şəkildə alınması, eləcə də yaralıların təxliyəsi üçün mobil xəstəxanalar kimi təchiz olunan zirehli texnika və ixtisaslaşmış qatarların əldə edilməsi daxildir.

Nazirlik rəsmisi vurğulayıb ki, bu tədbirlər silahlı qüvvələri potensial qlobal hərbi qarşıdurmaya uyğunlaşdırmaq və strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyini artırmaq məqsədi daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv