Bakıdakı mebel sexində aşkarlanan pozuntular insanları dəhşətə gətirdi – VİDEO

Bakıdakı mebel sexində aşkarlanan pozuntular insanları dəhşətə gətirdi – VİDEO






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Dövlət Yanğın Nəzarəti Xidməti, #Hadisə, #Xətai rayonu, #Yanğın hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında fəaliyyət göstərən mebel sexində yoxlama tədbirləri həyata keçirib.

presstvaz xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Baxış zamanı müəyyən edilib ki, obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra ciddi nöqsanlar mövcuddur və bu çatışmazlıqlar həm insanların həyatı və sağlamlığına, həm ətraf mühitə, həm də dövlət əmlakına birbaşa təhlükə mənbəyidir.

Aşkar edilən faktlar aşağıdakılardır:

– müəssisə avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi və yanğın su hovuzu ilə təchiz olunmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermir, xüsusilə yanğın riskini artıran keçirici müqavimətin yaranmaması üçün kabellərin və naqillərin birləşmə nöqtələri qaynaq və ya xüsusi sıxaclarla bərkidilməyib;

– sexdə istifadə edilən qızdırıcı sobalar standartlara uyğun gəlmir;

– obyekt ilkin yanğınsöndürmə ləvazimatları, o cümlədən odsöndürən balonlarla tam təchiz edilməyib;

– binada havalandırma ventilyasiya sistemi quraşdırılmayıb;

– istehsalat zamanı mayeləşdirilmiş və sıxılmış propan qaz balonlarından istifadə edilir;

– obyektin tavanının bəzi hissələri yanar materiallarla üzlənib, taxta konstruksiyalar isə odadavamlı məhlulla hopdurulmayıb;

– ərazi gecə işıqlandırılması ilə təmin olunmayıb və sahə yanar tullantılardan təmizlənməyib;

– yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq yanğına qarşı rejim əmrlə təsdiqlənməyib;

– sexin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə rəsmi şəkildə razılaşdırılmayıb.

Mövcud vəziyyətin təhlili göstərir ki, obyektin istismarının davam etdirilməsi hər an baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə genişlənərək faciəyə çevrilməsi riskini yaradır.

Qeyd olunanları əsas götürərək, yanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildə pozulduğu Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanındakı mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul edilib. Qərarın bir surəti obyektin səlahiyyətli nümayəndəsinə təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv