Həkimdən qorxunc statistika: “Hər iki kişidən biri sonsuzdur”

Həkimdən qorxunc statistika: “Hər iki kişidən biri sonsuzdur”






presstv

"Presstv"az #Audi, #diabet, #Həkim, #Rusiya, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kişi sonsuzluğu genetik anomaliyalar və ya piylənmədən qaynaqlana bilər”.

presstvaz xəbər verir ki, bunu rusiyalı uroloq-androloq Dmitri Korolyov “İzvestiya”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, dünya əhalisinin 17.6 faizi sonsuz hesab olunur. Kişilər arasında isə bu göstərici təxminən 50 faiz təşkil edir.

“Kişi sonsuzluğunun əsas səbəblərindən biri genetik anomaliyalardır. Məsələn, Klaynfelter sindromu əlavə X xromosomunun olması ilə xarakterizə olunur. Bu isə xayaların normal inkişaf etməməsinə və sperma istehsalının pozulmasına səbəb olur”, – deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, kişi sonsuzluğuna təsir edən amillərdən biri də varikoseldir. Bu zaman venoz qan axınının pozulması nəticəsində xayalıqda temperatur artır. Temperaturun yüksəlməsi spermanın normal yetişməsinə mane olaraq sonsuzluğa gətirib çıxara bilər.

Bundan əlavə, piylənmə kişilərdə testosteron səviyyəsinin azalmasına və estrogen səviyyəsinin artmasına səbəb olur. Həmçinin hipertoniya və diabet kimi xroniki xəstəliklər də spermatogenezi poza bilər.

Klinik halların təxminən 45 faizində isə konkret səbəb müəyyən edilmir. Xəstələrdə sperma sayının və ya konsentrasiyasının azalması kimi qeyri-müəyyən patospermiya müşahidə olunduqda, bu tip sonsuzluq idiopatik adlandırılır.

Korolyov qeyd edib ki, varikosel ilə əlaqəli sonsuzluq bəzi hallarda cərrahi yolla müalicə oluna bilər. Əgər səbəb hormonal disbalans və ya kişi klimaksi (andropauza) ilə bağlıdırsa, testosteron səviyyəsini artırmaq üçün müxtəlif üsullar tətbiq edilir. Bu, ya orqanizmin öz (endogen) testosteronunun stimullaşdırılması, ya da sintetik testosteron preparatlarının istifadəsi ilə həyata keçirilə bilər.

Onun sözlərinə görə, köməkçi reproduktiv texnologiyalar hazırda geniş tətbiq olunur. Bu üsullar hətta zəif sperma göstəriciləri olduqda belə, morfoloji və funksional baxımdan uyğun spermanın seçilərək yumurta hüceyrəsinin mayalandırılmasına imkan verir.

Həkim ümumi sağlamlığın qorunması üçün çəkinin normada saxlanılmasını, sağlam qidalanmanı və müntəzəm fiziki aktivliyi tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv