İnformasiya təhlükəsizliyi mütəxəssislərinin bilikləri yeni sistemlə yoxlanılacaq

İnformasiya təhlükəsizliyi mütəxəssislərinin bilikləri yeni sistemlə yoxlanılacaq






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #informasiya texnologiyaları, #Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən informasiya təhlükəsizliyi sektorunda fəaliyyət göstərən kadr potensialının inkişafı, peşəkar vərdiş və biliklərin ölçülə bilən meyarlarla dəyərləndirilməsi, eləcə də institusional biliklərin sistemli idarə edilməsi hədəfi ilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemi istifadəyə verilib.

presstvaz xəbər verir ki, bu barədə XRİTDX açıqlama yayıb.

Qeyd olunub ki, tətbiq edilən yeni platforma dövlət orqanlarında informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində çalışan işçilərin peşə hazırlığı səviyyəsinin, səriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirmə metodları ilə yoxlanılmasını təmin edəcək:

“Qiymətləndirmə nəticələrinə əsasən sözügedən mütəxəssislərin müvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlər keçirilərək nəticələrini əks etdirən sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkar standartların vahid platforma üzərindən formalaşdırılmasına və insan resurslarının keyfiyyət göstəricilərinin institusional səviyyədə ölçülməsinə xidmət edir.

Sistemin təqdimatında iştirak edən XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev platformanın funksional imkanları ilə tanış olub. Xidmət rəisi bildirib ki, təşəbbüsün əsas məqsədi qiymətləndirmə proseslərini yalnız rəqəmsal müstəviyə keçirmək deyil, dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları sahəsində çalışan kadrların peşəkar səviyyəsinin obyektiv meyarlarla müəyyən edilməsi, səriştə boşluqlarının dəqiq identifikasiyası və inkişaf proseslərinin planlı şəkildə idarə olunmasıdır. O vurğulayıb ki, sistem sahə üzrə vahid yanaşmanın formalaşmasına və peşəkar intizamın gücləndirilməsinə mühüm töhfə verir.

Eyni zamanda sistem qiymətləndirmə mexanizmlərinin vahid standartlar əsasında tənzimlənməsini, proseslərdə şəffaflığın və hesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarə olunmasında rəqəmsal və analitik yanaşmanın tətbiqini təmin edən kompleks platforma kimi fəaliyyət göstərir.

Bu çərçivədə, sistem vasitəsilə aparılan qiymətləndirmə nəticələrinə əsasən, dövlət qurumlarında müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərinin nəzəri və praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən hədəfli təlim proqramlarının təşkili həyata keçirilir.

Qeyd edək ki, ilkin mərhələdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələri qiymətləndirilib. Hazırda XRİTDX tərəfindən sözügedən qurumlarının sahə üzrə çalışan əməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılmışdır. Təlimlər Bakı Ali Neft məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında həyata keçirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv