Albaniyada süni intellekt qalmaqalı: Aktrisa hökuməti məhkəməyə verdi

Albaniyada süni intellekt qalmaqalı: Aktrisa hökuməti məhkəməyə verdi






presstv

"Presstv"az #Audi, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Albaniya hökuməti “Diella” adı ilə tanınan süni intellekt (Sİ) – nazirin rəqəmsal obrazından istifadə hüququnu itirmək təhlükəsi ilə üzləşib. Virtual məmurun yaradılması zamanı səsi və zahiri görünüşü istifadə edilən aktrisa Anila Bişa məsələ ilə bağlı məhkəməyə müraciət edib.

presstvaz xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Biz bu iddiaları tamamilə əsassız hesab etsək də, yaranmış vəziyyətin məhkəmə yolu ilə birdəfəlik həllini müsbət qiymətləndiririk”, – deyə hökumətin mətbuat katibi Mancola Hasa bildirib.

İddiaçının mövqeyinə görə, dövlət qurumları ötən il başa çatan razılaşmanın müddəti bitdikdən sonra da onun obrazından istifadə etməyə davam ediblər. Aktrisa iddia edir ki, bu addımlar onun nüfuzuna ciddi zərər vurub. O, məhkəmə prosesi yekunlaşana qədər xarici görünüşünün istifadəsinə qadağa qoyulmasını tələb edir.

Xatırladaq ki, ötən ilin dekabrında Albaniyada dövlət idarəçiliyinə rəqəmsal texnologiyaların tətbiqi üzrə genişmiqyaslı eksperimentin gözlənilməz çətinliklərlə üzləşdiyi barədə məlumat yayılmışdı. Həmin vaxt ilk süni intellekt nazir “Diella”nın adının korrupsiya qalmaqalında hallandığı iddia edilirdi.

Qeyd edək ki, “Diella”nın dövlət satınalmalarına nəzarət edən nazir vəzifəsinə təyinatı 2025-ci il sentyabrın 11-də baş tutub. Bildirilirdi ki, süni intellektin fəaliyyətini təmin etmək məqsədilə tender prosedurlarının dürüstlüyünə və şəffaflığına nəzarət edəcək, neyroşəbəkələri müxtəlif dövlət qurumlarında tətbiq edəcək xüsusi idarənin yaradılması planlaşdırılır.

Albaniyanın Baş naziri Edi Rama oktyabrın 27-də bəyan etmişdi ki, “Diella” “övlad gözləyir” və onun virtual “nəsli” gələcəkdə dövlət qulluqçularına fəaliyyətlərində kömək edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv