Gözləri qurudurmuş – Hamıda var – Oftalmoloq AÇIQLADI

Gözləri qurudurmuş – Hamıda var – Oftalmoloq AÇIQLADI






presstv

"Presstv"az #Həkim, #oftalmoloq, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər smartfonlardan istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər uzun müddət telefon ekranına baxmağın göz sağlamlığı üçün ciddi risklər yaratdığını bildirirlər. Xüsusilə gənclər və uşaqlar arasında görmə problemlərinin artması bu mövzunu daha da aktuallaşdırır.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı oftalmoloq-cərrah Rəfadar Xəlilov bildirib ki, gün ərzində mavi şüalar qarşısında çox vaxt keçirəriksə, bu gözlərdəki bəzi hüceyrələri öldürür. Digər səbəb isə quru göz yaranmasına səbəb olur:

"Gün ərzində 20-22 min dəfə kirpiklərimizi qırpırıq. Hər gözümüzü qırpdıqca isə göz qapağı özü ilə gözyaşı gətirir. Buynuz qişa yeganə orqandır ki, damarsızdır və göz yaşı ilə qidalanır. Göz yaşı nə qədər çox olarsa, o qədər yaxşı qidalanıb qorunur". 

Bəs bu zərərin qarşısını almaq mümkündürmü? 

"İlk növbədə ekrana fasiləsiz baxmaq olmaz. Hər 20 dəqiqədən bir gözlərə istirahət vermək, uzağa baxmaq və göz məşqləri etmək vacibdir. Həmçinin, ekrana yaxın dayanmaq və qaranlıq otaqda şüaya baxmaq da gözlərə birbaşa təsir edir. Telefonun ekran parlaqlığını ətraf mühitə uyğun tənzimləmək, mavi işıq filtrlərindən istifadə etmək və telefonu gözlərdən ən azı 30-40 sm məsafədə saxlamaq da vacib sayılır".

Həkim qeyd edib ki, texnologiyadan tam imtina mümkün olmasa da, düzgün və ölçülü istifadə göz sağlamlığını qorumağın əsas şərtidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv