Putin Trampın Sülh Şurası ilə bağlı dəvətindən imtina etdi

Putin Trampın Sülh Şurası ilə bağlı dəvətindən imtina etdi






presstv

"Presstv"az #ABŞ, #Aleksandr Lukaşenko, #Audi, #Azərbaycan, #Belarus, #Donald Tramp, #Dünya İqtisadi Forumu, #Ermənistan, #Macarıstan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Türkiyə, #Vaşinqton, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının fevralın 19-da keçirləcək iclasında iştirak etməyəcək”.

presstvaz xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə V.Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml rəsmisi bildirib ki, bu iclas dövlət başçısının iş qrafikində yer almayıb.

Qeyd edək ki, Vaşinqtondan oxşar dəvət Belarus lideri Aleksandr Lukaşenkoya da ünvanlanıb. Belarus prezidentinin mətbuat katibi qeyd edib ki, ABŞ-yə səfər imkanları nəzərdən keçirilsə də, iclasın keçiriləcəyi tarix prezidentin qrafikindəki digər tədbirlərlə üst-üstə düşüb.

Xatırladaq ki, Sülh Şurası konsepsiyasının müəllifi Donald Trampdır. Bu yeni birliyin təsis sənədi yanvarın 22-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb. İştirakçılar sırasında ABŞ, Ermənistan, Azərbaycan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Macarıstan da yer alıb. ABŞ prezidenti bu strukturu özünün “böyük irsi” kimi xarakterizə edərək, qlobal miqyasda sülhə nail olmaq niyyətini açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv