Xalq artisti: “Yazıçı beş manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?”

Xalq artisti: “Yazıçı beş manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?”






presstv

"Presstv"az #Aktyor, #Audi, #Kitab, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yazıçılar teatra gəlmirlərsə, aktyorları ittiham etməyə haqları yoxdur”.

presstvaz xəbər verir ki, bunu “Report”a müsahibəsində Xalq artisti Qurban İsmayılov deyib.

Aktyor bildirib ki, əgər hansısa yazıçı onu kitab oxumamaqda ittiham edirsə, o da onlara sual edib: siz niyə teatra gəlmirsiniz?

“Tutaq ki, İlqar Fəhmi hansısa bir əsərini səhnəyə qoyur, öz qələm dostlarını dəvət edir, gəlirlər, amma başqa vaxt beş manatından keçib gəlirlərmi? Yox. O zaman mən niyə beş manatımdan keçib sənin kitabını almalıyam? Bu, tək yazıçılara aid deyil. Lap rəssamlar olsun. Söhbət əgər bir-birimizi günahlandırmaqdan gedirsə, biz də günahlandıra bilərik. Tamaşaya gəlməyən rəssam necə məni sərgiyə getməməkdə günahlandıra bilər?”

Xalq artisti onu da əlavə edib ki, aktyorlar onsuz da işlərinə görə mütaliə edirlər:

“Mən aktyoram, onsuz da bu işin içindəyəm, oxuyuram. Oynadığımız əsərlər mütaliə deyil ki? Şekspir mütaliə deyil? Stanislav Stratiyev (bolqar yazıçısı, ssenarist, – red.) mütaliə deyil? Şiller mütaliə deyil? Elə müəlliflər var ki, heç onu mənəm-mənəm deyən kitab adamları tanımırlar, amma mən oxumuşam, məlumatım var. Yəni nəticə etibarilə aktyor camiəsi istər-istəməz mütaliəli olur, buna görə də bizə “kitab oxumurlar” damğasını vurmaq olmaz”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv