Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və əsassız çağırışını pisləyib

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və əsassız çağırışını pisləyib






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli və əsassız çağırışına qarşı bəyanat verib.

presstvaz xəbər verir ki, bəyanatda deyilir:

“AP-nin bir qrup deputatı Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanat verib.

Biz bu çağırışı, ilk öncə Ermənistanın Azərbaycan ərazilərinin işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndiririk. Ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil. Bu günlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonundan başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş “miatsum” ideologiyasının daşıyıcıları və icraçılarıdır.

AP-nin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv