Paşinyandan Erməni Apostol Kilsəsinə sərt ittiham

Paşinyandan Erməni Apostol Kilsəsinə sərt ittiham






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Hakim, #İrəvan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsini ölkədə siyasi prosesləri gizli şəkildə maliyyələşdirməkdə ittiham edib.

presstvaz xəbər verir ki, bu barədə o, Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.

Baş nazir bildirib ki, hökumətin əlində bu istiqamətdə müəyyən məlumatlar mövcuddur və hazırda məsələ araşdırılır:

“Bizim əlimizdə məlumatlar var, araşdırırıq ki, Erməni Apostol Kilsəsi vasitəsilə ölkəyə siyasi məqsədlər üçün “kölgə maliyyəsi” gətirilir”.

Onun sözlərinə görə, kilsə özünü nəinki “dövlət daxilində dövlət” kimi, hətta “dövlət daxilində xarici dövlət” kimi təqdim etməməlidir.

Qeyd olunur ki, Ermənistan hökuməti ilə kilsə arasındakı münasibətlər may ayında Nikol Paşinyanın internetdə Erməni Apostol Kilsəsi barədə təhqiramiz, o cümlədən ədəbsiz ifadələr işlətməsindən sonra daha da gərginləşib. Daha sonra baş nazir bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini və bu prosesdə dövlətin rolunun gücləndirilməsini təklif edib.

İyunda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskop Mikael Acapaxyanı həbs etmək məqsədilə Eçmiədzində yerləşən katolikosun iqamətgahına yollanıblar. Lakin onlar dindarların və ruhanilərin müqaviməti ilə qarşılaşıblar.

Oktyabrın 3-də isə İrəvan məhkəməsi ruhaniyə hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv