ABŞ-də tutuquşu qatilin tapılmasına kömək edib

ABŞ-də tutuquşu qatilin tapılmasına kömək edib






presstv

"Presstv"az #ABŞ, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-ın Miçiqan ştatında danışan bir tutuquşu polisin qatilin izinə düşməsinə kömək edib. Quş eyni ifadəni dəfələrlə təkrarlayırdı və bu da istintaq üçün əsas ipucu olub.

presstvaz-ın məlumatına görə, bu barədə Mirror nəşri yazıb.

Polis Martin və Qlenna Düramın evinə gəldikdə, kişinin bədənində beş güllə yarası ilə ölü vəziyyətdə, qadını isə güllə yarası almış halda aşkar edib. Ev sahibəsi hələ sağ idi. O, baş verənlər barədə heç nə bilmədiyini bildirib və atəş açanı görmədiyini israrla deyib.

İstintaq dalana dirənmişdi. Ta ki, müstəntiqlər evdə yaşayan Afrika boz tutuquşusuna diqqət yetirənədək. Bad adlı quş davamlı olaraq mərhum sahibinin səsi ilə “Atma” ifadəsini təkrarlayırdı. Öldürülən kişinin keçmiş həyat yoldaşı və valideynləri Badın cinayət gecəsi deyilən sözləri təkrarlaya biləcəyini ehtimal ediblər.

Daha sonra hüquq-mühafizə orqanları qadın tərəfindən yazılmış bir neçə vida məktubu tapıblar. Həmçinin məlum olub ki, cütlük maddi çətinliklər yaşayırmış.

Nəticədə detektivlər qadının ərini öldürdüyü və daha sonra özünə qəsd etməyə cəhd göstərdiyi qənaətinə gəliblər. Qlenna birinci dərəcəli qətldə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv