Elə pul da təklif edirlər ki, oyunçular “yox” deyə bilmir

Elə pul da təklif edirlər ki, oyunçular “yox” deyə bilmir






presstv

"Presstv"az #ABŞ, #Çin, #Futbol, #Premyer Liqası, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kreu" klubuna transferindən danışıb.

presstvaz xəbər verir ki, baş məşqçi bu barədə Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra danışarkən deyib.

"Nərimanla bağlı ciddi danışıqlar gedir. Sona yaxınlaşırdı. Düzdür, tam qərar verilməyib, amma ola bilər. Bu gün də oyundan sonra futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, yaxşı təklifim var. Siz getməyim və ya qalmağım haqqında nə qərar verəcəksiniz, bilmirəm. İnanın ki, bunları ələ almaq, əldə saxlamaq asan deyil. Bir az sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Xoşagəlməz deməzdim, amma elə təkliflərdir ki, ora ancaq pula görə getmək olar. Elə pul da təklif edirlər ki, oyunçular "yox" deyə bilmir. Ona görə bir az problemlərimiz var. Çalışırıq ki, ələ alaq, motivasiyanı saxlayaq". 

Q.Qurbanov Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasından danışıb: "Orda bir neçə detal oldu. Onunla danışmışdıq və Bəhlulun tərəfində idim. Bəzi detallar var, çox dərinə getmək istəmirəm". 

Təcrübəli mütəxəssis Nərimanın ABŞ klubunu seçməsinə münasibət bildirib: "Onun kimi futbolçunun komandadan ayrılması xoş deyil. Amma məlum məsələlərə görə legioner həyatı yaşamaq istəyirdi. Fikrimcə, bu Nərimana lazım idi. Çünki adam özündə deyildi. Hər gün fərqli düşüncədə, fərqli fikirdə idi. Yəqin ki, hər gün haqqında nəsə oxuyub gəlirdi. Getməyi lazımdır ki, özünü tapsın. Buna görə belə addım atdıq. Bəli, mənə lazım idi. Sıx qrafikə bu cür oyunçulara ehtiyac var. Edəcəyimiz bir şey yoxdur. Təki alınsın. Son iki ildə çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görəcəyik".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv