Səhiyyə işçilərinin işə qəbulu tam elektronlaşdırılır: Yeni qaydalar

Səhiyyə işçilərinin işə qəbulu tam elektronlaşdırılır: Yeni qaydalar






presstv

"Presstv"az #Audi, #Avto, #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İşə qəbul” altsisteminin işə salınması, sadəcə, texniki bir yenilik kimi deyil, eyni zamanda, dövlət səhiyyəsində illərdir yığılıb qalmış fundamental məsələlərin həllini hədəfləyən strateji dəyişiklik kimi qiymətləndirilir. Bu sistemin effektiv fəaliyyətini təmin etmək üçün Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müvafiq nümayəndələri üçün geniş əhatəli təlimlər keçirilib”.

presstvaz bildirir ki, bu barədə Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova “93 FM” tezliyində yayımlanan “Sağlam radio” verilişində məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yeni rəqəmsal platformanın istifadəyə verilməsi ilə işə qəbul proseduru zamanı yalnız namizədlərlə keçirilən müsahibə mərhələsi canlı olaraq tibb müəssisəsinin inzibati binasında baş tutur:

“Vakansiyaların elan edilməsindən başlayaraq, müraciətlərin toplanması, ilkin və son seçim turları, həmçinin nəticələrin elanı tamamilə elektron formatda aparılır. Bu metod işə qəbulun bütün mərhələlərində şəffaflığın, qərəzsizliyin və bərabər hüquqların qorunmasına zəmanət verir. Müraciətlərin qəbulu, sənədlərin təhlili və proseslərin idarəedilməsinin tam avtomatlaşdırılması subyektiv amilləri aradan qaldıraraq, hər bir namizədə eyni meyarlarla yanaşılmasını təmin edib. Bu isə seçim zamanı ədalətlilik prinsipini xeyli gücləndirib”.

S.Məhərrəmova vurğulayıb ki, əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi kağız istehlakını minimuma endirməyə və kağız üzərində aparılan prosedurları tamamilə ləğv etməyə imkan verib:

“Bu addım həm resurslara qənaət edilməsi, həm də işlərin sürətləndirilməsi baxımından əhəmiyyətli faydalar təmin edib. Vətəndaşlar elektron səhiyyə portalı vasitəsilə müvafiq xidmətə daxil olaraq təhsil və təcrübələrinə uyğun vakansiyaları izləyə və müraciət edə bilərlər. Ənənəvi yanaşmadan fərqli olaraq, rəqəmsal sistem daxil olan müraciətləri, yoxlamaları və verilən qərarları real vaxt rejimində qeydə alır. Bu isə hesabatlılığı artırır və idarəetməni daha səmərəli edir. Nəticədə bu islahatlar dövlət səhiyyə sisteminə olan ictimai güvəni artırır və gələcək rəqəmsal layihələr üçün möhkəm baza yaradır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv