Aİ səfiri: “Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir”

Aİ səfiri: “Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #İqlim dəyişikliyi, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir”.

presstvaz xəbər verir ki, bu fikirləri Merlər Razılaşması Təşəbbüsü ilə bağlı baş tutan tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib.

O bildirib ki, Azərbaycanda bərpaolunan enerjidən istifadə mümkündür ki, rəsmi Bakı da bu istiqamətdə addımlar atır:

“Bizim Merlər Təşəbbüsü proqramı qlobal layihədir ki, burada əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizədir. İqlim dəyişikliyi şəhərlərə, kəndlərə, iqtisadiyyata təsir edir. Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkir. Mənə bildirildi ki, Xəzər dənizi bir neçə metr geri çəkilib”.

Aİ rəsmisi vurğulayıb ki, birlikdə işləməklə Azərbaycanda karbon emissiyasını azaltmaq olar:

“Azərbaycan bu istiqamətdə yaxşı işlər görüb. Vətəndaş cəmiyyətləri, insanlar bu sahədə hökumətə kömək etməlidirlər. Bu, siyasi öhdəlik yox, praktik yol xəritəsidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv