İlham Əliyev: “Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır”

İlham Əliyev: “Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Günəş, #İlham Əliyev, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır. Siz COP-u qeyd etdiniz, COP-a ev sahibliyi edən ölkənin rəhbəri olaraq mənim mesajlarımdan biri o idi ki, biz neft-qaza malik olduğumuza görə günahlandırılmamalıyıq”.

presstvaz xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.

“Mən, həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir.

Söylədiyim kimi, iki giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən – anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv