Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin cari vəziyyəti müzakirə olunub






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Ceyhun Bayramov, #Ermənistan, #Gəmi, #İsrail, #Münaqişə, #Vaşinqton, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 9-da xarici işlər naziri Ceyhun Bayramov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Konfransın sədri Betsi Berns Korn rəhbərlik edir.

presstvaz xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-ABŞ, eləcə də Azərbaycan-İsrail münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.

Görüşdə, xüsusilə 8 avqust Vaşinqton Zirvə Görüşü nəticəsində bölgəmizdə son inkişaflar, Azərbaycan-Ermənistan normallaşma prosesi, regional bağlantılar və TRIPP marşrutunun reallaşması səyləri, post-münaqişə dövründə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları məmnunluqla vurğulanıb. Ölkəmizdə uzun əsrlər boyunca sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv