Millinin baş məşqçisi: Daşkənddəki oyunlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı

Millinin baş məşqçisi: Daşkənddəki oyunlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu.

presstvaz xəbər verir ki, bu sözləri 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandanın hazırlığından razı qaldığını bildirib: “Toplanış komandamız üçün çox faydalı oldu. Özümüzdən yaşca böyük olan Özbəkistanın U-20 yığmasına qarşı iki oyun keçirdik və bu matçlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı. Ümumilikdə komandanın toplanış zamanı həm oyuna münasibətindən, həm də göstərdiyi performansdan razıyam. Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu”.

U-19-un baş məşqçisi Özbəkistan yığmasına qarşı keçirilən yoxlama oyunlarını (3:2, 0:4) da dəyərləndirib: “İlk oyunda komanda xarakter və intizam göstərdi. Rəqib hesabı bərabərləşdirsə və biz azlıqda qalsaq da, qızlar toparlanaraq qələbə qazanmağı bacardılar. Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir. İkinci görüşdə isə yorğunluq və məhdud rotasiya imkanları öz təsirini göstərdi, nəticədə məğlub olduq. Buna baxmayaraq, belə qarşılaşmalar hazırlıq prosesinin vacib hissəsidir və gələcəkdə üzərində işləməli olduğumuz məqamları göstərir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv