Daxili İşlər Nazirliyi qadın namizədlərin xidmətə qəbulu ilə bağlı müsabiqə elan edir

Daxili İşlər Nazirliyi qadın namizədlərin xidmətə qəbulu ilə bağlı müsabiqə elan edir






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Məhkum, #Sağlamlıq, #Təhsil, #Vəzifə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə qəbul aparılacaq

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  presstvaz-a verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirmiş, yaşı 20–30 aralığında olan, boyu 160 sm-dən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış qadın cinsli Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Bildirilib ki, namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər əsasında yoxlanılacaq.

Qeyd olunub ki, müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili sərbəst bilən, həmçinin minimum 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2026-cı il fevralın 10-dan martın 10-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq bki@mia.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

📞 Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 590-80-66
(012) 590-98-37
(012) 590-93-64
(012) 590-97-52

Müsabiqə ilə bağlı bütün mərhələlər qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə həyata keçiriləcək.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv