İçkilərdə şəkər və spirt miqdarını qısa zamanda aşkar edən sensor yaradılıb

İçkilərdə şəkər və spirt miqdarını qısa zamanda aşkar edən sensor yaradılıb






presstv

"Presstv"az #Audi, #Çin, #Rusiya, #Uşaq qidaları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və Çin tədqiqatçıları fermentlər əsasında hazırlanmış biosensor yaradıblar. Bu cihaz içkilərdə alkoqol, şəkər, süd turşusu və nişastanın miqdarını bir neçə dəqiqə ərzində müəyyən etməyə imkan verir.

presstvaz bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Layihənin həmmüəllifləri Tula Dövlət Universitetinin, Harbin Texnologiya Universitetinin alimləri və Rusiyanın “Ekoniks-ekspert” şirkətinin mütəxəssisləri olublar.

Qeyd edilir ki, biosensor qısa müddətdə içkidə eyni anda dörd əsas komponenti – şəkər (qlükoza), süd turşusu, alkoqol və nişastanı müəyyən edir. Bu, fermentlərin xüsusi gel daxilində sabitləşdirilməsinə əsaslanan yeni texnologiya sayəsində mümkün olub. Nəticədə analiz sürətli, dəqiq və mürəkkəb laborator avadanlığı olmadan birbaşa istehsalatda istifadə üçün yararlı olur.

Sensor, məsələn, şərabda alkoqol və şəkərin, uşaq qidalarında isə nişastanın səviyyəsini operativ şəkildə yoxlamağa imkan verir. Nəticə 1-2 dəqiqə ərzində əldə olunur və dəqiqlik baxımından xromatoqrafiya kimi laborator üsullarla müqayisə oluna bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv