Türkmənistan mətbuatı Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına geniş yer ayırıb

Türkmənistan mətbuatı Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına geniş yer ayırıb






presstv

"Presstv"az #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #İlham Əliyev, #Livan, #Məhəmməd Şahbaz Şərif, #Özbəkistan, #Pakistan, #Qazax, #Qazaxıstan, #Rəcəb Tayyib Ərdoğan, #Şavkat Mirziyoyev, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması ilə əlaqədar Türkmənistan mətbuatında geniş material dərc olunub.

presstvaz xəbər verir ki, Türkmənistanın “THE ASHGABAT TIMES” saytında türkmən, rus, ingilis və alman dillərində dərc olunan materialda bu mükafatın Prezident İlham Əliyevə sülh istiqamətində həyata keçirdiyi işlərə, regionda sülhün dayanıqlı olması üçün reallaşdırdığı layihələrə görə verildiyi bildirilib.

Sayt yazır ki, təqdimolunma mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri nümayiş olunub. Onlar laureatları təbrik edərək regionda sülh naminə atılan addımları dəstəkləyəcəklərini bəyan ediblər.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv