DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli olun!

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli olun!






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #DİN, #İnsan alveri, #Sosial şəbəkələr, #Təhsil, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Saxta xaricdə iş və təhsil elanlarına aldanmayın

        Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında yayılan saxta elanların sayı artıb. Yüksək maaş, sərfəli şərtlər və sürətli sənədləşmə vədi ilə təqdim olunan bu təkliflər ilk baxışdan cəlbedici görünsə də, araşdırmalar onların ciddi təhlükə mənbəyi olduğunu göstərir.

Bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və nəticədə insan alverinin qurbanına çevrilirlər. Bu kimi halların qarşısını almaq üçün vətəndaşlara aşağıdakı tövsiyələr verilir:

  1. Xaricdə yüksək məvacibli iş və ya təhsil təklifi aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152” Qaynar Xəttinə müraciət edərək, konfidensiallıq qorunmaqla ödənişsiz məsləhət almaq;

  2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə əlaqə saxlayaraq elanın həqiqiliyini dəqiqləşdirmək;

  3. İş və ya təhsil təklifi verən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsinin (lisenziyasının) olub-olmadığını yoxlamaq;

  4. Bağlanacaq əmək müqaviləsinin surətini əvvəlcədən tələb etmək.

Qeyd olunub ki, ehtiyat tədbirləri bununla bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmaq, şəxsiyyəti təsdiq edən sənədləri heç kimə etibar etməmək vacibdir. Əmək fəaliyyəti zamanı mütləq əmək müqaviləsi bağlanmalı, qarşılaşdığınız istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna məlumat verilməlidir.

       İnsan alveri haqqında məlumatlı olun, qurbana çevrilməyin!

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv