Azərbaycan karateçiləri Avropa birinciliyində altı medal qazanıblar

Azərbaycan karateçiləri Avropa birinciliyində altı medal qazanıblar






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Karate

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib.

presstvaz xəbər verir ki, nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1 500 idmançı iştirak edib.

Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində 6 medal qazanıb.

Yarışın ilk günlərində Azərbaycan karateçiləri dörd bürünc medal əldə ediblər. Belə ki, Salman Salmanov kata növündə, Cansu Əhmədzadə (66 kq), Rəvan Abasov (61 kq) və Aslan Dostuyev (60 kq) isə gənclər arasında üçüncü yeri tutublar.

Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Ələddin Məlikov (68 kq) gənclər arasında qızıl, Vüsal Qənbərov (55 kq) gümüş medal əldə edib.

Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri bir qızıl, bir gümüş və dörd bürünc olmaqla ümumilikdə altı medal qazanıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv