Bu ölkədə 40 il sonra qar rekordu – 45 ölü

Bu ölkədə 40 il sonra qar rekordu – 45 ölü






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Hakim, #Nəqliyyat, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyada həftələrdir davam edən güclü qar fırtınaları ölkədə həyatı iflic edib.

presstvaz "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına istinadən xəbər verir ki, 20 yanvardan bəri 45 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Ən çox tələfat şimal-qərbdəki Niigata bölgəsində qeydə alınıb. Burada 17 nəfər həlak olub, 170-dən çox şəxs yaralanıb.

Aomori və Vakkanaidə, eləcə də, digər şimal şəhərlərində yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb, çoxsaylı avtomobillər qarla örtülmüş yollarda qalıb.

Yaponiya Meteorologiya Agentliyi qərb və şimal sahil bölgələrində qarın daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Yapon dənizi sahilində bəzi ərazilərdə qarın qalınlığı 4,5 metrə çatıb. Bəzi yaşayış məntəqələrində 1986-cı ildə ölçülmüş 181 santimetrlik rekord qırılıb.

Hökumət yerli hakimiyyət orqanlarına insan itkisinin və qəzaların qarşısını almaq üçün bütün resursları səfərbər etməyi tapşırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv