Rusiyalı generala qarşı sui-qəsd cəhdinin icraçısının və onunla əlbir olanların adları açıqlandı

Rusiyalı generala qarşı sui-qəsd cəhdinin icraçısının və onunla əlbir olanların adları açıqlandı






presstv

"Presstv"az #Audi, #Hadisə, #Moskva şəhəri, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Vladimir Alekseyevə sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb və Rusiyaya təhvil verilib.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirliyindən olan tərəfdaşların yardımı ilə Dubay şəhərində cinayətin birbaşa icraçısı olan 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Korba Lyubomir saxlanılıb və Rusiya tərəfinə təhvil verilib”, – deyə məlumatda vurğulanır.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya Daxili İşlər Nazirliyi ilə birgə bu cinayətdə əlbir olanlar da müəyyən edilib: Moskvada saxlanılan 1959-cu il təvəllüdlü Vasin Viktor və Ukraynaya qaçmış 1971-ci il təvəllüdlü Serebritskaya Zinaida.

Xatırladaq ki, fevralın 6-da Rusiyanın paytaxtı Moskva şəhərində ölkənin Müdafiə Nazirliyinin generalı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. Naməlum şəxs Moskvanın Volokolamskoye şosesində yerləşən yaşayış binasında ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv