Türkiyədə Epşteynin bənzəri tapıldı: “Məni belə bir adamla müqayisə etmələrini istəmirəm”

Türkiyədə Epşteynin bənzəri tapıldı: “Məni belə bir adamla müqayisə etmələrini istəmirəm”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Jurnalistlər, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Kayseri şəhərinin sakini Rifat Özdemir qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynə oxşadıldığı üçün zahiri görünüşünü dəyişdirməyi planlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə DHA nəşri məlumat verib.

55 yaşlı Özdemir jurnalistlərə bildirib ki, küçədəki insanlar ona xoş davranmırlar.

“Əvvəlcə qardaşım oğlu mənə Ceffri Epşteynə bənzədiyimi dedi. O zaman onun kim olduğunu belə bilmirdim. Sonra sosial mediadan və xəbərlərdən öyrəndim. Məni belə bir adamla müqayisə etmələrini istəmirəm. Bəlkə də, bir az oxşayırıq, amma mənim bu məsələdə bəxtim gətirməyib”, – deyə o şikayətlənib.

R.Özdemir deyib ki, insanların diqqət mərkəzinə düşməmək üçn saç düzümünü dəyişdirməyi və ya saqqal saxlamağı düşünür.

Xatırladaq ki, 2019-cu ildə ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə həbs olunan C.Epşteyn həmin ilin iyulunda həbsxanada ölü tapılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv