Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub






presstv

"Presstv"az #Alyona Əliyeva, #Audi, #Azərbaycan, #Gəncə şəhəri, #Leyla Əliyeva, #Özbəkistan, #Planet, #Təhsil, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası keçirilib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla ƏliyevaAlyona Əliyeva tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM Gəncədə” festivalı çərçivəsində keçirilib.

Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı – “İsi və Piti” serialının iki bölümünün premyerası ilə yanaşı, “Bum-bum” və “Yer və Ay” qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük maraq və yüksək əhvali-ruhiyyə ilə izləyiblər.

Festivalda, həmçinin uşaqlara insan və təbiət vəhdətini, ekoloji problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan “Yer və Ay” qısametrajlı animasiya filmi nümayiş olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv