Dubaydan gələn əfqanıstanlı Bakıya enən kimi saxlanıldı

Dubaydan gələn əfqanıstanlı Bakıya enən kimi saxlanıldı






presstv

"Presstv"az #Ailə, #Avropa, #Azərbaycan, #Bakı, #Beynəlxalq Hava Limanı, #Birləşmiş Ərəb Əmirlikləri, #Cinayət işi, #Əfqanıstan, #Pakistan, #Xəzər Rayon Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana səfər edən xarici ölkə vətəndaşı Bakı Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

presstvaz Lent.az-a istinadən xəbər verir ki, saxlanan 23 yaşlı Əfqanistan vətəndaşıdır və o, Avropaya miqrasiya etmək məqsədilə saxta sənədlərdən istifadə edərək Azərbaycan ərazisinə daxil olmağa çalışıb.

İttiham aktına əsasən, əcnəbi vətəndaş Dubay-Bakı reysi ilə hava limanına gələrkən özünə məxsus olan həqiqi sənədlərdən istifadə etsə də, Bakıda sərhəd nəzarətindən keçərkən saxta pasport təqdim edib.

Şəxsiyyət vəsiqəsinin saxta olduğunu dərhal müəyyən edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayıb və istintaq orqanlarına təhvil veriblər. Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb.

Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, vətəni Əfqanistanda işsizlik səbəbindən Avropa ölkələrinə üz tutmaq, orada çalışıb yaşamaq niyyətində olub. Ancaq Əfqanistan vətəndaşlarına Avropaya getmək üçün viza verilmədiyindən o, alternativ yollar axtarıb.

Bu məqsədlə "Safi" adlı tanışı müəyyən məbləğ qarşılığında ona saxta Pakistan pasportu hazırlayıb və Avropaya çatmaq üçün marşrutun Azərbaycandan keçməli olduğunu bildirib. O, öz ölkəsinin pasportu ilə Dubaya qədər gəlsə də, Bakı hava limanında yoxlanış zamanı "Safi"nin təmin etdiyi saxta sənədi təqdim edib.

Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu dilə gətirib. Əfqanıstan vətəndaşı əlavə edib ki, ailə üzvlərinin səhhətində problemlər var və bu səbəbdən Avropada pul qazanaraq onlara kömək etmək istəyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, həmin şəxs yeddia ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv