Hərəkətsizlik xərçəng riskini artırırmı?

Hərəkətsizlik xərçəng riskini artırırmı?






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Düzgün qidalanma, #Sağlam həyat tərzi, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər aparılan elmi araşdırmalar göstərir ki, fiziki aktivliyin azlığı bir sıra ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskini artıra bilər. Mütəxəssislərin fikrincə, hərəkətsiz həyat tərzi orqanizmdə maddələr mübadiləsinin zəifləməsinə, artıq çəkinin yaranmasına və immun sisteminin funksiyasının pozulmasına səbəb olur.

presstvaz xəbər verir ki, tibb mütəxəssisləri bildirirlər ki, uzun müddət oturaq həyat tərzi keçirən şəxslərdə xüsusilə yoğun bağırsaq, süd vəzi və uşaqlıq xərçəngi riskinin daha yüksək olduğu müşahidə edilir. Fiziki aktivliyin az olması hormonal balansın pozulmasına və iltihabi proseslərin artmasına şərait yaradır ki, bu da xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yarada bilər.

Araşdırmalara əsasən, müntəzəm fiziki aktivlik bədəndə insulin səviyyəsini tənzimləyir, immun sistemini gücləndirir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan mexanizmləri aktivləşdirir. Gündəlik ən azı 30 dəqiqə orta intensivlikdə fiziki hərəkət sürətli gəzinti, velosiped sürmək və ya yüngül idman sağlamlıq üçün faydalı hesab olunur.

Mütəxəssislər vurğulayırlar ki, hərəkətsizlik təkcə xərçəng deyil, eyni zamanda ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini də artırır. Bu baxımdan sağlam həyat tərzinin formalaşdırılması, xüsusilə gənc yaşlardan fiziki aktivliyə üstünlük verilməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, xərçəngin qarşısının alınmasında düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələrlə yanaşı, aktiv həyat tərzi əsas qoruyucu amillərdən biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv