İynəsiz, həbsiz arıqlama: Aclığı azaldan dörd effektiv üsul

İynəsiz, həbsiz arıqlama: Aclığı azaldan dörd effektiv üsul






presstv

"Presstv"az #Audi, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İynə və həblərdən istifadə etmədən aclıq hissini azaltmağın dörd effektiv yolu var.

presstvaz bildirir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Tanıqina Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, aclığı azaltmaq üçün asan həzm olunan (sürətli) karbohidratların məhdudlaşdırılması, yuxu rejiminin normallaşdırılması, müntəzəm fiziki aktivlik və qida rasionunda zülalın artırılması əsas rol oynayır.

Natalya Tanıqina bildirib ki, aclıq hormonu olan qrelin orqanizmdə insulin ifrazı ilə birbaşa əlaqəlidir. İnsan nə qədər çox ac qalarsa, insulin ifrazı da bir o qədər güclənir. Bu, insulinin karbohidratların beyinə daşınmasını sürətləndirməsi ilə izah olunur. Nəticədə qanda şəkərin səviyyəsi düşür və bu zaman insan özünü qıcıqlanmış və ya yorğun hiss edə, şirin qidalara meyil göstərə bilər. Lakin belə istəklərə dərhal tabe olmaq tövsiyə edilmir.

“Şirin qidalar qəbul edildikdən sonra qanda şəkərin səviyyəsi çox sürətlə yüksəlir, mədəaltı vəzi daha çox insulin ifraz edir və bu da növbəti aclıq dalğasını yaradır. Belə “şəkər yelləncəkləri” insulin ifrazında, dolayısı ilə qrelin hormonunda balanssızlığa səbəb olur. Bu vəziyyət tez-tez onunla nəticələnir ki, insan kifayət qədər kalorili qida qəbul etsə belə, əgər şirniyyat yeməyibsə, özünü tox hiss etmir”, – deyə həkim izah edib.

Belə halların qarşısını almaq üçün qida rasionuna mürəkkəb karbohidratlar – orqanizmi uzunmüddətli enerji ilə təmin edən tam taxıllar, paxlalılar və nişastalı tərəvəzlər – daxil edilməlidir. Mütəxəssisin sözlərinə görə, aclıq hissini ən effektiv şəkildə azaldan əsas qida elementi isə zülaldır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv