"Barselona" maaşını azaltmaq istəyir

"Barselona" maaşını azaltmaq istəyir






presstv

"Presstv"az #Futbol, #İspaniya, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniya nəhəngi “Barselona” təcrübəli hücumçusu Robert Levandovski ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Kataloniya klubu 37 yaşlı polşalı futbolçu ilə müqavilənin müddətini daha bir mövsüm artırmağı planlaşdırır.

presstvaz xarici KİV-ə istinadla xəbər verir ki, “Barselona” Levandovskiyə maaşının azaldılması şərti ilə yeni sözləşmə təklif etmə variantını nəzərdən keçirir.

Qeyd olunur ki, komandanın baş məşqçisi Hans-Diter Flik futbolçunun həm intizamından, həm də meydandakı performansından məmnundur. Məhz bu səbəbdən klub rəhbərliyi Levandovskinin müqaviləsini ən azı 2027-ci ilin iyununa qədər uzatmaq üçün müxtəlif imkanları dəyərləndirir.

Xatırladaq ki, Robert Levandovski 2022-ci ilin yayından etibarən “Barselona”nın formasını geyinir. O, cari mövsüm bütün turnirlər üzrə 27 oyunda iştirak edərək 12 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, Levandovskinin bazar dəyəri 9 milyon avro təşkil edir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv