Avtomobillərlə bağlı gözlənilməz qadağa: Çin geri addım atdı

Avtomobillərlə bağlı gözlənilməz qadağa: Çin geri addım atdı






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Çin, #Rusiya, #Tesla, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2012-ci ildə “Tesla”nın avtomobil bazarına gətirdiyi yenilik – avtomobillərin qapı dəstəklərinin içəridən açılması tezliklə dəb halını aldı. Bu yenilik Çində təkrarlanaraq həmin bazarda geniş şəkildə istifadə edilməyə başlandı. Lakin indi Çin bu tətbiqə qadağa qoyur.

Bunun səbəbi nədir?

Avtobloger Araz Mübarizoğlunun Baku TV-yə dediklərinə görə, bu yeniliyin müsbət tərəfi gizli tutacaqların avtomobillərə aerodinamik üstünlük verməsidir. Lakin mənfi tərəfləri daha çoxdur.

O qeyd edib ki, Çin avtomobilləri daha çox Rusiyaya ixrac olunur və soyuq hava şəraitində bu cür gizli tutacaqların açılması problemlər yarada bilər.

Araz Mübarizoğlu əlavə edib ki, bu mexanizm yalnız görkəm üçündür, amma həm təhlükəli, həm də bahalıdır: “Yanğın zamanı bu qapıları açmaq mümkün olmur, çünki sistem maşını bloklayır, bu da insanların avtomobildən çıxmasını və xilas olunmasını çətinləşdirir”.

Qeyd edək ki, qayda qüvvəyə mindikdən sonra yalnız istehsal mərhələsində olan modellərə 2029-cu ilə qədər möhlət veriləcək. Elektron mexanizmlə idarə olunan, qapının içərisinə sıxılmış zərif tutacaqlar artıq sertifikat almayacaq.

Mütəxəssislərin fikrincə, avtomobillərin mexaniki dəstəklərlə açılması həm avtomobil istehsalçıları, həm də vətəndaşlar üçün sərfəlidir. Çünki bu dəstəklər həm ucuz başa gəlir, həm də təhlükəsizdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv