Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb

Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb






presstv

"Presstv"az #Audi, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırıb.

presstvaz xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Məlumata görə, təhlil nəticəsində hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədildiyi müəyyən edilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.

Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.

Qeyd edilib ki, qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv